Sosial 

Türk bayrağını xilas etməklə gündəm olan Kamil 2015-ci ildə… – FOTO/VİDEO

Muğlanın Mərmərə bölgəsinin Hisarönü məhəlləsində baş verən yanğın zamanı, yanan evdən çıxartdığı Türkiyə bayrağı ilə həm Azərbaycan, həm də qardaş ölkədə insanların rəğbətini qazanan azərbaycanlı yanğınsöndürənlərdən biri – Kamil Dünyamalıyevin daha bir qəhrəmanlığı ortaya çıxıb.

ARANTV.AZ  xəbər verir ki, Kamil Dünyamalıyev 19.05.2015-ci ildə Binəqədidə baş verən yanğın zamanı yanan binadan körpəni xilas edibmiş.

Kamil Dünyamalıyevin 2015-ci ildə Space TV-də yayımlanan kadrlarını təqdim edirik:

Türk bayrağını xilas etməklə gündəm olan Kamil 2015-ci ildə... - FOTO/VİDEO

Daha çox xəbərlər