Sosial 

Yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyəyə yola düşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.

ARANTV.AZ  xəbər verir ki,  yardım karvanı Bakı vaxtı ilə saat 11-00 da yola çıxıb.

Yanğın-xilasetmə qrupuna 40 ədəd yanğınsöndürmə texnikası, 150 nəfər yanğınsöndürən daxildir.

Qeyd edək ki, qrupa daxil olan 1 ədəd BE-200ÇS” tipli amfibiya təyyarəsi bir günlük texniki baxışdan sonra bu gün səhər saatlarında yanğın davam edən ərazilərə geri qayıdıb.

Yardım karvanının yola salınmasına FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov rəhbərlik edib.

Daha çox xəbərlər