İranda 5 ticarət gəmisi yanıb
İranın cənubunda yerləşən Buşehr vilayətinin Genave limanında 5 ədəd kiçik ticarət gəmisi yanıb.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu İranın Genave rayonu qubernatoru Qulamrza Mehrcu deyib.
Q.Mehrcunun sözlərinə görə, hadisə nəticəsində 4 məhsulla dolu gəmi və bir boş gəmi tamamilə yanıb.
Yanğının digər gəmilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, bu limanda mindən çox yük gəmisi yan alır.

