Son sutkada “Taliban”ın 303 yaraqlısı məhv edilib

Son sutkada “Taliban”ın 303 yaraqlısı məhv edilib

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində “Taliban”ın 303 yaraqlısını məhv edib.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi “Twitter” hesabında bildirib

Nazirliyin məlumatına görə, son 24 saat ərzində Zabul, Ləğman, Qəzni, Paktika, Nəngərhar, Herat, Qəndahar, Cövzcan, Səməngan, Fəryab, Sar-e Pol, Hilmənd, Nimruz, Künduz, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 303 “Taliban” yaraqlısı öldürülüb,125-i isə yaralanıb.