Ukraynanın keçmiş Baş naziri vəfat etdi
Ukraynanın sabiq Baş naziri və ölkənin Təhlükəsizlik Xidmətinin ilk sədri Yevgeniy Marçuk dünyasını dəyişib.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu məlumatı Y.Marçukun həyat yoldaşı Larisa İvşina açıqlayıb.
Bildirilir ki, Yevgeniy Marçuk 80 yaşında ürək dayanmasından vəfat edib.
Qeyd edək ki, Marçuk 1995-1996-cı illərdə Ukraynanın Baş naziri vəzifəsində çalışıb. Bununla yanaşı, o, müdafiə naziri də olub.

