Dünya 

Gürcüstanda son sutkadada koronavirusdan 38 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 670 yoluxma halı qeydə alınıb, 38 nəfər ölüb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat yerləşdirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 436 573, ölənlərin sayı isə 5 986 nəfərə çatıb. Virusa yoluxanlardan 393 453 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər