Bərxudarovun döyüş zamanı çəkilmiş görüntüləri yayıldı – VİDEO
Birlik komandiri, general-mayor Mais Bərxudarovun Vətən müharibəsi zamanı çəkilmiş görüntüləri yayılıb.
ARANTV.AZ Mətbuat.az-a istinadən xəbər verir ki, görüntülər generalın döyüşdə iştirak etdiyi vaxt lentə alınıb.
Qeyd edək ki, general-mayor M.Bərxudarov Şuşanın, Qubadlının, Xocəvəndin, Zəngilanın, Füzulinin, Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Bərxudarov bundan başqa, “Qarabağ” ordeninə də layiq görülüb.

