21 yaşlı qız qəzaya düşdü, ayağı sındı
Salyan rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ report-a istinadən bildirir ki, hadisə Salyan rayonu ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişin, 2000-ci il təvəllüdlü Cavadova Rahidə Rafiq qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.

