İdman 

Tokio Olimpiadası: Rafael Ağayev çıxışına qələbə ilə başladı

Azərbaycan karateçisi Rafael Ağayev Tokio Olimpiadasında mübarizəyə başlayıb.

ARANTV.AZ-ın xəbərinə görə, 75 kq çəki dərəcəsində yarışan Rafael Noa Biçlə (Almaniya) qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, onun növbəti rəqibi Çuneari Yahiro (Avstraliya) olacaq. Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

Daha çox xəbərlər