Cəbhədən Xəbər 

Hərbçilərimizin iştirak etdiyi təlimlər başa çatdı

Gürcüstanda Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Agile Spirit – 2021” hərbi təlimləri başa çatıb.

ARANTV.AZ xəbər verir ki,  iyulun 26-da start götürən çoxmillətli hərbi təlimlərin bu gün bağlanış mərasimi keçirilib.

Qeyd edək ki, 2011-ci ildən etibarən sayca 10-cu dəfə keçirilən builki hərbi təlimlərdə Gürcüstan, Estoniya, Almaniya, Latviya, Litva, Polşa, Rumıniya, İspaniya, Türkiyə, Ukrayna, Böyük Britaniya, ABŞ, Kanada, İtaliya və Azərbaycandan ümumilikdə 2500-dək hərbçi iştirak edib.

Daha çox xəbərlər