Sosial 

Xəstəxanalarda ananın xəbəri olmadan uşağa süni qida verilə bilməz

“Çox nadir hallarda olur ki, uşaq doğulanda anada süd gəlmir. Ana stressli deyilsə, çox maye qəbul edirsə, süd olur”.

ARANTV.AZ  xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov bildirib. Onun sözlərinə görə, xəstəxanalarda da valideyn xəbəri olmadan süni qida verilə bilməz:

“Bəzən məcburiyyətdən olur, südlə bağlı əks göstəriş olur, uşaq və ya ananın sağlamlığı ilə bağlı problemlərə görə süd verilməyə bilir. Amma bizim xəstəxanada hər hansı anadan rəsmi imza alınmadan uşaqlara süni qida vermirik. Anaların maarifləndirilməsinə çox ehtiyac var. Analar maarifli olduqca həkimlərə süni qida istəmədiklərini deyə bilərlər”.

Daha çox xəbərlər