Siyasət 

Ərdoğan: Azərbaycanın peşəkar heyəti yanğınların söndürülməsində yaxından iştirak edir

Azərbaycandan indiyədək 600-ə yaxın peşəkar yanğınsöndürən heyət Türkiyədə yanğınların söndürülməsində yaxından iştirak edir”.

ARANTV.AZ  xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını bildirərək, təşəkkür etdiyini deyib: “Azərbaycanın daha 100-ə yaxın peşəkar yanğınsöndürənləri də bu gün ölkəmizə göndəriləcək”.

Ərdoğan Azərbaycandan bir yanğınsöndürən təyyarə, iki helikopter və müvafiq texnika göndərildiyini də xatırladıb.

Daha çox xəbərlər