Dünya 

Vəzifəli şəxs namaz qılarkən ÖLDÜRÜLDÜ

Əfqanıstan hökumətinin media və məlumat mərkəzinin rəhbəri Dava Xan Menapalın ölümünə görə məsuliyyəti “Taliban” qiyamçıları öz üzərinə götürüb.

ARANTV.AZ Unikal.org-a istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyi D.Menapalın cümə namazı zamanı öldürüldüyünü bildirib.

Öldürülən hökumət rəsmisi Əfqanıstan Prezidenti Əşrəf Qaninin yardım qrupunda mətbuat katibi olaraq da çalışıb.

ABŞ-ın müvəqqəti işlər vəkili Ross Uilson “Twitter”də Menapalın öldürülməsini pisləyən paylaşım edib.

Daha çox xəbərlər