Hadisə 

Ucar sakini qaynının toyu günü intihar edib

Ucar sakini dəvət olunduğu toya gəlib və intihar edib.

ARANTV.AZ xəbər verir ki, Bakı şəhərində oğlanları ilə birgə yaşayan Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1960-cı i təvəllüdlü Fatma Qasım qızı Mikayılova bu gün keçirilməsi nəzərdə tutulan qaynının toy məclisinə dəvət alıb.

Ötən gün axşam saatlarında kəndə gələn F. Mikayılova bu gün səhər saatlarında yaylıq ilə evində özünü asaraq intihar edib.

F. Mikayılova yazdığı məktubda səhhətində yaranmış problemlə bağlı intihar etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər