Sosial 

DOST mərkəzində problem – Vətəndaşlar çöldə qaldı – FOTO

4 saylı Bakı DOST mərkəzində sistem dayanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə mərkəzdə olan saytımızın əməkdaşı məlumat verib.

O bildirib ki, artıq bir neçə saatdır vətəndaşlar mərkəzə buraxılmır:

“DOST mərkəzinin əməkdaşları isə sistemin proflaktik tədbir görüldüyü üçün nazirlikdən dayandırıldığın deyir. Lakin proflaktik tədbirlə əlaqəli öncədən məlumat verilməyib”.

Vətəndaşlar içəri buraxılmadığına görə DOST-un əməkdaşları və mühafizə xidməti arasında ciddi gərginlik yaşanır.

Qeyd edək ki, vətəndaşlarla mərkəzin işçiləri arasında yaranan gərginlikdən sonra əraziyə polis gəlib.

DOST mərkəzində problem - Vətəndaşlar çöldə qaldı - FOTODOST mərkəzində problem - Vətəndaşlar çöldə qaldı - FOTODOST mərkəzində problem - Vətəndaşlar çöldə qaldı - FOTO

Daha çox xəbərlər