Hadisə 

Qubada axtarışda olan keçmiş məhkum saxlanıldı

Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə axtarışda olan əvvəllər məhkum olunmuş Rauf Abasov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.

Quba RPŞ tərəfindən araşdırmalar aparılır.

Daha çox xəbərlər