İnanılmazdır…
1953-cü ilin 7 sentyabrında ABŞ-ın Lester şəhərində göydən yerə minlərlə qurbağa yağmışdı.
Timsahlar kifayət qədər ağıllı heyvanlardır. Onlar dərin sulara doğru üzməyə başlayanda ağır daşlar udurlar ki, batmasınlar.
Eskimoslar ərzaqlar donmasın deyə soyuducuya qoyurlar. Çünki, onların yaşadığı ərazi soyuducudan daha soyuqdur.
Dünyanın ən böyük ağacı “Prezident” adlı sekvoya ağacı hesab olunur. Bu ağac ABŞ-ın Milli parklarından birində yerləşir. Bu ağacın 3200 il yaşı olduğu müəyyən edilir.
Renzin pozanların kəşfindən əvvəl insanlar karandaş və mürəkkəblə yazılanları silmək üçün çörək qırıntılarından istifadə edirdilər.
Qırmızı rəng dünya ölkələrinin bayraqlarında əks olunan ən məşhur rəngdir.
Herkules adlı böcək dünyanın ən güclü canlısıdır. Onun cəmi 100 qram çəkisi var və 8 kq-dək ağırlıq qaldıra bilir.
Koala sutka ərzində 18-22 saat yatır.
Dünyada bu günə qədər hazırlanmış ən böyük pizza Norvud şəhərinin sakinlərinin hazırladığı pizza hesab olunur. Onlar 1990-cı ildə 37,4 metr ölçüdə böyük bir pizza hazırlamışdılar.
Sən demə, hamiləlik əleyhinə olan dərmanlar qorillalara da eyni təsiri göstərir.
Tədqiqatlar göstərir ki, saçlar nə qədər qısa olarsa, onlar uzanmağa daha çox meyilli olurlar. Qısa saçlar bir ay ərzində 1sm, uzun saçlar isə cəmi 5 mm uzana bilirlər.
İnsan beyni ən qısa zaman kəsiyində, eyni anda 5-7 informasiya bloku yadda saxlaya bilir. Bu, orta ağıl göstəricisinə malik bütün insanlar üçün belədir. Qısamüddətli yaddaşında 10 informasiyanı bir dəfəyə saxlaya bilən insanlara çox nadir hallarda rast gələ bilərsiniz.
Dünyanın ən qədim bankı İtaliyanın Sienna şəhərində yerləşir. 1472-ci ildə açılmış bu bank hələ də ölkədə öz liderliyini qoruyub saxlayıb. İtaliyanın 4,5 milyon sakini bu bankın müştərisidir.
Heç bilirdinizmi ki,yağış B12 vitamini ilə zəngindir.
Hər 90 saniyədə bir qadın hamiləlik problemləri və ya doğuşla bağlı olaraq dünyasını dəyişir.

