Peşə təhsili müəssisələrinə qəbul planı artırılıb
“2021-2022-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 120 ixtisas olmaqla 21260 yer üzrə aparılacaq”.
ARANTV.AZ xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Kərəmov bildirib.
Onun sözlərinə görə, ötən illə müqayisədə qəbul planı 9,6 faiz artırılıb: “Yeni tədris ilində peşə təhsilinin əhatəsinin genişləndirilməsi ilə yanaşı yeni ixtisasların da tədrisinə başlanılması nəzərdə tutulur”.
C.Kərəmov deyib ki, texniki peşə təhsil səviyyəsi üzrə 4 yeni ixtisasın, yüksək texniki peşə təhsil səviyyəsi üzrə isə 15 yeni ixtisasın tədrisi aparılacaq: “Təklif edilən yeni ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla formalaşdırılıb”.

