“WhatsApp”a müəmmalı emojilər gəlir – FOTO
Məşhur “WhatsApp” messencerinin beta-versiyasında yeni emojilər peyda olub.
ARANTV.AZ xəbər verir ki, bu barədə “WABetaInfo” portalı yazır.
Androidlər üçün nəzərdə tutulan “WhatsApp” 2.21.16.10 versiyasında onlarla emoji olacaq. Onların arasında saqqallı qız smaylı xüsusi diqqət çəkir.
Qeyd edək ki, daha öncə analoji emojiləri “Apple” şirkəti də “iPhone”ların iOS 14.5 versiyasında təqdim edib,





