Dünya 

İŞİD Kərkükü işıqsız qoydu

İŞİD İraqın Kərkük şəhərində elektrik xətlərinə hücum edərək 7 qülləni dağıdıb.

ARANTV.AZ  Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kərkük Elektrik Paylama şirkəti açıqlama yayıb.

Bildirilib ki, İŞİD üzvləri şəhərin cənubundakı elektrik xətlərinə hücum edib. 7 qüllənin altına yerləşdirilən partlayıcıları uzaqdan idarəetmə vasitəsi ilə işə salıb.

Nəticədə Kərkük şəhər mərkəzində və bəzi rayonlarda elektrik enerjisi kəsilib.

Daha çox xəbərlər