Türkiyənin Datça rayonunda 4,2 bal gücündə zəlzələ olub
Türkiyənin Muğla vilayətində Egey dənizinin Datça sahilində 4,2 bal gücündə zəlzələ olub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin bu gün yerli vaxtla saat 13:24-də qeydə alındığını bildirib.
Qeyd edək ki, Datçada keçən ayın sonlarından başlayaraq seysmoaktivlik artıb. Avqustun 1-də Datçada 5,5 bal gücündə zəlzələ baş verib.

