Hadisə 

Xaçmazda dəhşətli qəza: Piyada öldü

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

ARANTV.AZ Report-a istinadən bildirir ki, hadisə Yalama kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini, 1968-ci il təvəllüdlü Cavid Atakişi oğlu Atakişiyevi maşın vurub.

O, hadisəni törədən sürücü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər