Sosial 

Suraxanı rayonunda şəhid Samir Əliyev doğum günündə yad edildi

Avqustun 9-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, müavinləri, YAP Suraxanı rayon təşkilatının nümayəndələri, RİHBA-nın şöbə müdirləri, Şəhid Ailələrinin müdafiə cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri, Şəhid anaları, 55 saylı tam orta məktəbin pedaqoji və şagird heyəti, şəhid Samir Əliyevin hərbiçi yoldaşları Vətən Müharibəsində möhtəşəm qələbənin qazanılmasında şücaət göstərən şəhidimizin əziz xatirəsini ehtiramla yad edərək Suraxanı RİH tərəfindən onun adının əbədiləşdirilməsi məqsədilə salınan parkın və inşa edilən bulağın açılış mərasimində iştirak etmiş, ruhuna dualar oxuyub və doğmalarına dərin hüznlə başsağlığı veriblər.

ARANTV.AZ xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə qayğısından bəhs edərək Samir Əliyevi boya-başa çatdıran anası Sevda xanıma və nənəsi Cəmilə xanıma təsəlli verib, Vətənimizə belə gərəkli övlad böyütdükləri üçün bir daha təşəkkür edib, torpaqlarımızın müdafiəsi naminə canlarından keçib və Şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsinin daim əziz tutulduğu kimi, onların ailə üzvlərinin, doğmalarının da hər zaman dövlət qayğısı ilə əhatə olunacağını bildirib.

Tədbirdə şəhidimizin döyüş yolundan, onun göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıraq bütün Şəhidlərimizin müqəddəs ruhu ehtiramla yad edilib, Samir Əliyevin təhsil aldığı 55 saylı tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şer və mahnılar səsləndirilmiş, sülh rəmzi olan göyərçinlər havaya uçurdulub.

II Fəxri Xiyabanda Vətən Müharibəsi şəhidi, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş leytenant Əliyev Samirin məzarının ziyarəti zamanı YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Salman Əbdülov şəhidimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından “Anım löhvhəsi”ni şəhid ailəsinə təqdim etmişdir.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirmişlər.

Daha çox xəbərlər