24 yaşlı arvadını oteldə boğaraq qətlə yetirən şəxsə hökm oxundu
Sumqayıt arvadını oteldə boğaraq qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.
ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Məhkəmənin hökmü ilə Orxan Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Orxan arvadı, 1997-ci il təvəllüdlü Həsənova Aişən Məhərrəm qızını qətlə yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hadisə şəhər ərazisində olan otellərdən birində baş verib. Oteldə gecələyən ər-arvad arasında düşən mübahisə zamanı Orxan Həsənov həyat yoldaşı, 1997-ci il təvəllüdlü Ayişə Həsənovanı balıncla boğaraq öldürüb.
Musavat.com

