Gündəm 

Azərbaycan OPEC+ sazişinin icra olunmasını 114 faiz yerinə yetirib

2021-ci ilin iyulunda Azərbaycanda neft hasilatı kondensat nəzərə alınmadan 0,61 milyon barel/sutka təşkil edib.

ARANTV.AZ  Trend-ə istinadən hesabata əsasən, bu göstərici iyun ayı ilə müqayisədə dəyişməz qalıb.

Qeyd olunub ki, iyul ayında Azərbaycan OPEC+ sazişinin icra olunmasını 114 faiz yerinə yetirib:

“İyul, avqust və sentyabr ayları üzrə hədəf göstərici müvafiq olaraq 0,62, 0,63 və 0,63 milyon barel/sutka təşkil edir”.

Daha çox xəbərlər