Sosial 

Əks göstəriş sertifikatları niyə müddətlidir və kimlərə veriləcək? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, vaksin vurdurmaq üçün sağlamlığı uyğun olmayan insanlara əks göstəriş sertifikatları veriləcək. Amma tək bununla iş bitmir: əks göstəriş sertifikatları müddətli veriləcək. Bəs niyə bu sertifikat müddətlidir və kimlərə veriləcək?

Məsələ ilə bağı Sonxeber.az-a açıqlama verən infeksionist Nicat Əzimli bildirib ki, daimi bir xəstəliyi olan insanlara əks göstəriş sertifikatları müddətli verilməməlidir:

“Əks göstəriş sertifikatı müddətli verilirsə, onun niyə müddətli verildiyi əsaslandırılmalıdır. Allergiyası olan insanlara sertifikatların müddətli verilməsi məntiqsizdir, çünki allergiya davamlı baş verən bir haldır. Əgər müvəqqəti simptomatik vəziyyət yaranıbsa, xroniki xəstəliyi varsa və hazırda kəskinləşdirmə mərhələsindədirsə, o insanlara xəstəliyi keçənə qədər müddətli sertifikat verilə bilər. Daha sonra isə onlar vaksinasiyada iştirak edə bilərlər.

Müxtəlif xəstəliklərin linesiya dövrünü nəzərə alaraq, əks göstəriş sertifikatları verilir. Söhbət allergiyadan gedirsə, bir insanın orqanizmi davamlı olaraq həssaslıq göstərirsə, təbii ki, ona müddətsiz sertifikat verilməlidir. Vaksinlərə qarşı həssaslıq nadir müşahidə olunan haldır. Çox vaxt insanlarda antibiotiklərə qarşı allergiya olur. İndi vurulan vaksinlərin tərkibində də antibiotik maddələr yoxdur. Antibiotikə qarşı allergiyası olmayan insanlar vaksindən qorxmamalıdırlar. “COVİD-19″ vaksinlərinin tərkibində də antibiotik olmadığna görə, onlar hətta antibiotik maddələrə allergiyası olan insanlar üçün də təhlükəli deyil”.

Daha çox xəbərlər