Dünya 

2 aylıq körpə liftdə faciəvi şəkildə öldü – VİDEO

Qəfil hərəkət edən liftin çardağında ilişib qalan körpə ölüb.

ARANTV.AZ AZXEBER.COM-a istinadən xəbər verir ki, dəhşətli hadisə Tekirdağda baş verib.

Evdən çıxmağa hazırlaşan qadın uşağını liftə qoyarkən lift qapısı bağlanmadan anidən yuxarıya doğru hərəkət etməyə başlayıb. Uşaq arabasında olan 2 aylıq körpə liftlə tavan arasında qalıb, daha sonra isə 6 metr yüksəklikdən boşluğa düşüb.

Bütün müdaxilələrə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.

Dəhşətli anlar kameralarda düşüb.

Daha çox xəbərlər