Sosial 

Azərbancanda yenə SƏRT KARANTİN olacaq? – AÇIQLAMA

“Yoluxmaların sayı səhiyyə sisteminin tənzimlənməsində problemlər yaradarsa, dövlət müəyyən tənzimləyici addımlar atmağa məcburdur”.

Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat-həkim Müşviq Məmmədli qeyd edib.

O bildirib ki, təmaslar artdıqca yoluxma sayının çoxalma ehtimalı hər zaman var:

“Amma mutasiyaya uğramış ştamların aşkarlanması nisbi məfhumdur. Yəni siz yeni növ ştammı axtarmaq üçün müayinələri o istiqamətə yönləndirsəniz, kifayət qədər ştamları aşkarlamaq mümkündür. Bilirsiniz ki, səhiyyə qurumları tərəfindən də “delta” ştammının Azərbaycanda olması barədə açıqlamalar verilib. Eləcə də digər mutasiyaya uğramış, lakin aşkarlanmamış variantların da olması mümkündür. Çünki koronavirus infeksiyası RNT tərkibli olduğuna görə davamlı şəkildə mutasiyalar həyata keçir və bu da realdır”.

Deputat, vurğulayıb ki, burada hansı ştammın olmasından daha çox, görməli olduğumuz tədbirləri fikirləşməliyik:

“Əvvəlki zamanlarda olduğu kimi, qapanmalarla, səhiyyə sisteminin yüklənməsi ilə qarşı-qarşıya qalmamaq üçün ən əsası vaksinasiya və qorunma tədbirləri olmalıdır. Hər bir vətəndaş öz sağlamlığına diqqət etməli, vaksin olunmayan şəxslər də peyvənd olunmalıdırlar. İkinci yol hazırda mümkün deyil. Əks təqdirdə sərt karantin tədbirləri görülməlidir. Nə biz, nə də dövlət strukturları bu prosesin sərt formada həyata keçirilməsini istəmir. Ancaq yoluxmaların sayı səhiyyə sisteminin tənzimlənməsində problemlər yaradarsa, dövlət müəyyən tənzimləyici addımlar atmağa məcburdur.

Bir sözlə, mutasiya olunan ştamların Azərbaycanda olması realdır. Bu baxımdan, davamlı şəkildə risqlərin qarşısını almaq üçün qoruyucu tədbirlərdən istifadə etməliyik”.

Daha çox xəbərlər