Çində daşqın fəlakəti: Onlarla insan həlak olub, itkin düşənlər var – FOTO/VİDEO
Çinin Hubei əyalətində azı 21 nəfər leysan yağışlar nəticəsində yaranan selin qurbanı olub. Daha dörd nəfərin itkin düşdüyü bildirilir.
Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata görə, bir gün əvvəl Liulin şəhərində təbii fəlakət baş verib. Yağışın miqdarı 100 mm/saat həddini keçib. Suyun səviyyəsi 3,5 metr, şəhərin bəzi yerlərində isə 5 metrə çatıb, regionun elektrik enerjisi və içməli su ilə təminatında ciddi problemlər yaranıb.

