Azərbaycan hərbçiləri Türkiyədə “Dağ komando kursu”nu başa vurdu – FOTO
Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında iyulun 20-də start götürən “Dağ komando kursunda” Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər.
ARANTV.AZ xəbər verir ki, Azərbaycanın Ankaradakı səfirliyindən verilən məlumata görə, avqustun 13-də Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.