Sosial 

“Sülhməramlılar ermənilərə “yengəlik” edir” – Deputatdan SƏRT AÇIQLAMA

Son günlər Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində yenidən gərginlik törətməklə məşğuldur. Onlar bunu edərək, sanki keçən ilki “ssenarinin” yenidən baş verməsi üçün çabalayırlar. Belə olan halda isə, Ermənistan artıq “intihar bombası”nın ipini çəkərək özünü məhv edəcək. Bu mərhələyə keçmələrinə də çox az qalıb.

Mövzu ilə bağlı Sonxeber.az saytına açıqlama verən deputat Aqil Abbas bildirib ki, Ermənistanın öz siyasəti yoxdur və bu ölkə kimlərinsə göstəriş və tapşırıqlarını icra edir:

“Müəyyən qüvvələr Ermənistanı Zəngəzur dəhlizindən yayındırmaq istəyirlər. Bu, həmçinin, Rusiyanın öz qüvvələrini Qarabağda uzun müddət saxlaması üçün oynadığı bir oyundur. Ermənistanın öz siyasəti yoxdur. Bu ölkə kimlərinsə göstəriş və tapşırıqlarını icra edir. Onlar cavablarını yenə də alacaqlar.

Hər zaman “lazım gəlsə” deyirdik, artıq “lazım gəlib” və cavabları verilib. İkinci bir cavabı mütləq alacaqlar və bu daha dəhşətli olacaq. O zaman artıq Xankəndində erməni də qalmayacaq. Vəssalam! Mən bir daha qeyd edirəm, bunlar Ermənistanın siyasəti deyil, onlara gərginliyi saxlamaq üçün qıraqdan taprşırılan təlimatlardır.

Məqsəd Rusiyanı Qarabağda saxlamaqdır. Qarabağ az qala Rusiyanın ərazisinə çevrilib, oraya silahlar daşıyırlar. Bunu sülhməramlılar edirlər. Onlar oraya əsgər və silah daşımaqla məşğuldurlar. Sülhməramlılar ermənilərə “yengəlik” edir, gərginliyin aradan getməməsini istəyirlər. Gərginlik isə bizim iqtisadiyyatımıza ciddi zərbə vurur. Bizim dəhliz məsələlərimiz yarımçıq qalır. Hazırda qarşımızda insanların köçmək məsələləri dayanır. O insanlar işğaldan azad olunulan yerlərə – Kəlbəcərə, Laçına, Qubadlıya, Zəngilana gəlmirlər ki, birdən ermənilər yenə “atarlar”, necə ki, Kəlbəcər, Tovuz və Qazaxa dəqiqə başı “ataraq”, atəşkəsi pozurlar. Amma narahat olmayın, bir gün biz bütün bunların cavabını verəcəyik”.

 

Daha çox xəbərlər