Tanınmış jurnalistə vəzifə verildi – FOTO
Tanınmış media işçisi İqtisadiyyat Nazirliyi tabeliyindəki “Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
ARANTV.AZ-ın məlumata görə, müvafiq vəzifəni AZTV və “İctimai TV”də fəaliyyət göstərmiş Orxan Cabbarlı icra edəcək.
“Təmiz Şəhər” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əvvəlki müdiri Elmar Məlikov isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində mətbuat katibi təyin edilib.

