Azərbaycan yolları qana boyandı – 12 nəfər öldü
Şənbə və bazar günü ərazində Azərbaycan yollarında baş vermiş yol qəzaları nəticəsində 12 nəfər həyatını itirib.
ARANTV.AZ xəbər verir ki, istirahət günləri ölkə ərazisində ümumilikdə 20 ciddi yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ölən 12 nəfərdən başqa 23 nəfər də xəstəxanalara yerləşdirilib.
Son 2 gündə baş vermiş ən ağır qəzalar Kürdəmir və Şəmkirdə qeydə alınıb. Kürdəmirdə minik avtomobilinin yük maşınına çırpılması bir ailədən 3 nəfərin ölümünə səbəb olub. Şəmkirdəki hadisədə isə 2 nəfər həyatını itirib.
Hər bir faktla bağlı araşdırma aparılır.

