Sosial 

Rasim Quliyevin məhkəməsi başlayıb

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

ARANTV.AZ  xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri vəsatət verərək müvəkkilləri barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş ediblər. Vəsatətə münasibət bildirən dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı əsaslı səbəb olmadığını bildirib.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra vəsatətin təmin olunmadığı elan edilib. Məhkəmə baxışı avqustun 23-nə təyin edilib.

Daha çox xəbərlər