Sosial 

İki şəhidimizin xatirəsinə həsr olunan lövhənin açılışı oldu – FOTO

Xətai rayonunda Vətən müharibəsi şəhidi Rəfiyev Ülvi Rəfail oğlu və 90-cı illərin Qarabağ müharibəsi şəhidi Cəfərov Zaur Fuad oğlunun xatirəsinə həsr olunmuş lövhənin açılışı olub.

Bu barədə Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Məşədi Dadaş məscidinin axundu, din xadimi Hacı Şahin və başqaları çıxıb ediblər.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Hər iki şəhidin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb. Sonra məktəblilər tərəfindən vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söylənilib.

Sonda şəhidlərin xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.

Tədbirdən sonra doğum günü münasibətilə Dədə Qorqud Şəhidliyində Ülvi Rəfiyevin məzarı ziyarət olunub.

 

Daha çox xəbərlər