Sosial 

Bu universitetlər bağlana bilər – AÇIQLAMA

Ölkəmizdə bəzi universitetlər və bəzi ixtisaslar var ki, nə varlığı bilinmir, nə də ki, onlara uyğun iş yoxdur. Bu məsələ təhsil sahəsində ciddi problemdir. Bəs bu istiqamətdə hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu istiqamətdə yaxşı olar ki, universitetləri birləşdirməkdənsə, bəzi ixtisasların birləşdirilməsi daha məqsədə uyğun ola bilər:

“Məsələn Bakı Dövlət Universitetində bəzi ixtisarlar aparmaq, bəzi ixtisasları birləşdirmək olar. Müasir üslübda ixtisasların yaradılmasına daha çox ehtiyac var. Memarlıq və İnşaat Universiteti, Texniki Univerisitet və digərləri var ki, onlarda bəzi ixtisaslar ləğv edilməli, müasir standartlara cavab verən, müasir innovasiyalarla uyğunlaşan ixtisaslara yer verilməlidir. Hazırda ən çox informasiya, iqtisadi, sosial və humanitar yönümlü ixtisaslara təlabat var.

Təəssüflər olsun ki, tibb yönümlü ixtisaslarda daha çox problemlər müşahidə olunur. Bu cür ixtisaslar bir Tibb Universitetində cəmləşib və alternativ olmadığı üçün də burada rəqabət də güclü deyil. Düşünürəm ki, gələcəkdə yaradılması zəruri olan universitet tibb yönümlü olmalıdır. Seçenov adına Moskva fililalı fəaliyyət göstərir. Bütün hallarda, ölkəmizdə tibb yönümlü ikinci universitetin yaradılması vacibdir.

Bəzi universitetlər var ki, keyfiyyətli təhsil vermir və onların diplomunun tanınmasında problemlər yaşanır. Bu universitetlərin bağlanması zəruridir. Hər il nə qədər müəllimlər imtahan verir, amma onlar üçün vakansiya yaradılmır ki, işlə təmin olunsunlar. Buna görə də bəzi ixtisasların plan yerləri azaldılmalıdır”.

Daha çox xəbərlər