Dünya 

Türkiyə sərhədləri karvansara qapısı deyil – Akşənər

Bu ölkədə təxminən 4-5 milyon suriyalı qaçqın olduğu deyilir. İndi Əfqanıstan məsələsinə gəldik. Niyə Bayden bunları qəbul eləmir? Niyə bizə gəlirlər?

ARANTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənini İYİ Partiyasının sədri Maral Akşənər deyib.

Sərhəd təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirən Akşənər əfqanların gəlişinin İranda dayandırılmalı olduğunu qeyd edib:

“Türkiyə sərhədləri karvansara qapısı deyil. Suriya ilə dərhal razılaşma əldə olunmalıdır. Suriyalıların təhlükəsizliyini təmin etmək şərti ilə problemsiz şəkildə suriyalılar da vətənlərinə göndərilməlidir”.

Daha çox xəbərlər