Dünya 

“Taliban” hökumət rəsmilərinə ümumi əfv elan edib, onları işə qayıtmağa çağırıb

“Taliban” hökumət rəsmilərinə ümumi əfv elan etdiyini bildirərək, onları işə qayıtmağa çağırıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, bu barədə “Taliban” bəyanat yayıb.

“”Hamı üçün ümumi bir əfv elan edildi … buna görə gündəlik həyatınıza tam əminliklə başlamalısınız”, – deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, “Taliban” Əfqanıstana nəzarəti ələ keçirib, Prezident Əşrəf Qani istefa verərək ölkədən qaçıb.

Daha çox xəbərlər