Bakıda mənzildən qadın meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb.
Orada aşkarlanan 1952-ci il təvəllüdlü Kaybelova Fəridə Abdullayevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

