“Nicat bulağı”nın açılışı olub
Şamaxının Dədəgünəş kəndində Vətən müharibəsinin qəhrəmanlarından biri olan 22 yaşlı şəhid Nicat Tarıverdiyevin xatirəsinə “Nicat bulağı”nın açılışı olub.
Açılışda Dədəgünəş sakinlər, şəhidin ailə üzvləri, müəllimləri, tələbə yoldaşları, ziyalılar iştirak ediblər. Hər kəs Azərbaycanın qəhrəman övladını fəxrlə xatırlayıb, onun haqqında xatirələrini bölüşüb.
Ailənin yeganə övladı olan Nicat Tarıverdiyevin anası Şükran Faruq qızı bu sözləri deyib: “Nicat Vətənini, yəqin ki, anasından çox sevdi, tək mənim yox, Azərbaycanın övladı oldu!..”.


