Ermənistanda daha 504 nəfər COVID-19-a yoluxub
Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 504 yoluxma halı qeydə alınıb.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 235 675-ə çatıb.
Son 24 saat ərzində ölkədə COVID-19-dan 3 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4 716 nəfərə çatıb.

