Dünya 

Pakistan Əfqanıstanla sərhədindəki keçidi yenidən açdı

Pakistanın Əfqanıstanla sərhədində yerləşən “Torham” nəzarət-keçid məntəqəsi yenidən fəaliyyətə başlayıb.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Dawn” yayıb. Bildirilir ki, sözügedən bu nəzarət-keçid məntəqəsi avqustun 15-i “Taliban” hərəkatının öz tərəfindən məntəqəyə nəzarəti ələ keçirməsindən sonra bağlanmışdı.

Məlumata əsasən, insan və avtomobillərin gediş-gəlişi üçün nəzərdə tutulan bu keçid məntəqəsi açıldıqdan sonra məntəqədən hər iki istiqamət üzrə ümumi 750-dən çox yük maşını keçib.

Qeyd edək ki, “Torham” nəzarət-keçid məntəqəsi iki ölkə sərhədində yerləşən ən böyük və əsas məntəqə hesab olunur.

Daha çox xəbərlər