Hadisə 

Salyanda qaz balonu partlayıb: Oğul yaralanıb, ana ölüb

Salyanda partlayış olub.

ARANTV.AZ  xəbər verir ki, avqustun 14-də qaz balonunun partlaması nəticəsində şəhər sakini, 1991-ci il təvəllüdlü Salmanova Lamiyə Əli qızı və oğlu, 2014-cü il təvəllüdlü Salmanov Qəmbər Ruslan oğlu yanıq xəsarətləri alıblar.

Onların hər ikisi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ananın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə köçürülüb və daha sonra Bakıya, 5 saylı xəstəxanaya göndərilib.

Həkimlərin səyinə baxmayaraq, qadın aldığı yanıq xəsarətlərindən dünyasını dəyişib./APA

Daha çox xəbərlər