Hadisə 

Şəmkirdə 51 yaşlı kişi döyülüb, vəziyyəti ağırdır

Şəmkir rayonunda döyülmə hadisəsi baş verib.

ARANTV.AZ  report-a istinadən bildirir ki, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Ələkbərov Mahmud döyülərək ağır xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbi, onun kim və ya kimlər tərəfindən döyüldüyü barədə məlumat yoxdur .

Faktla bağlı araşdırmalara başlanılıb.

Daha çox xəbərlər