Azərbaycanda yeni tədris ilinin başlamasına bir aydan da az müddət qalır. Dərslərin başlanacağı təqdirdə şagirdlərin yalnız peyvənd vurduracağı halda sinif otaqlarına buraxılacağı ilə bağlı iddialar səslənməyə başlayıb.
ARANTV.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, sosial şəbəkədə gedən müzakirələrin əhəmiyyətini nəzərə alaraq rəsmi quruma müraciət etdik.
Təhsil Nazirliyinin yeni tədris ilində şagirdlərin peyvənd olunması barədə hər hansı göstərişin olub-olmamasını dəqiqləşdirməyə çalışdıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, şagirdlərin vaksin olunmasından söhbət getmir, amma tələbələr olunmalıdır.
