Sosial 

Koronavirusa yoluxmuş xəstələr nə vaxtdan qan verə bilər? – AÇIQLAMA

“Bir insandan alınan qan 42 gün ərzində istifadə edilməlidir. Hazırda Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı var. Amma nəzərə almaq lazımdır ki, qan daimi ehtiyacdır. Vətəndaşları Mərkəzi Qan Bankının paytaxt və bölgələrdəki bölmələrində qan verməyə çağırırıq”.

ARANTV.AZ  “oxu.az”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova bildirib.

Onun sözlərinə görə, respublikada 1500-dən çox talassemiyalı xəstəyə hər 2-3 həftədə bir dəfə qan köçürülür.

Q.Ələkbərova bildirib ki, koronavirsa yoluxub və sağalmış şəxs 28 gün sonra qan verə bilər:

“Qan vermək immun sisteminə yaxşı təsir edir, yeni qan hüceyrələrinin yaranmasına səbəb olur”.

Qeyd edək ki, Məhərrəm ayının 1-i Miladi təqvimlə 2021-ci il avqust ayının 10-na, Məhərrəm ayının 10-u – Aşura günü isə 2021-ci il avqust ayının 19-na təsadüf edir.

Vətəndaşlar avqustun 19-da saat 09:00-dan başlayaraq Mərkəzi Qan Bankının müvafiq bölmələrinə yaxınlaşaraq könüllü qanvermə aksiyasında iştirak edə bilərlər. Qanvermə aksiyası Məhərrəm ayı boyu davam edəcək.

Aşura günü ilə bağlı Azərbaycanda qan veriləcək məntəqələrin siyahısını təqdim edirik:

Mərkəzi Qan Bankı:

Feyzulla Qasımzadə küçəsi 65

Tel: 907

+99412 440-65-86

+99412 440-78-50

+99412 441-66-52

Sumqayıt bölgə bölməsi:

M.Hüseynzadə prospekti Təcili Tibbi Yardım Xəstəxanası 1-ci korpus, 1-ci mərtəbə

018 65-5-67-60

+99470 726-45-49

Quba bölgə bölməsi:

Quba Qan bankı Fətəli Xan küçəsi 10, Tibb Kollecinin binası

02333 5-38-01

+99450 478-64-77

Şirvan bölgə bölməsi:

Heydər Əliyev prospekti 16, Şirvan Şəhər Mərkəzi Xəstəxanası

02121 5-00-29

+99450 390-94-33

Lənkəran bölgə bölməsi:

Lənkəran şəhəri Nizami küçəsi 67, Lənkəran Rayon Mərkəzi Xəstəxanası

02525 4-09-75

+99450 315-54-72

Şəki bölgə bölməsi:

Şəki şəhəri M.Ə.Rəsulzadə 164.

02424 4-25-90

+99455 537-60-15

Mingəçevir bölgə bölməsi:

20 yanvar küçəsi, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası “C” korpusu

02427 4-38-70

+99450 550-66-60

Gəncə bölgə bölməsi:

Gəncə şəhər S. Hacıyev küçəsi 2

252-08-45

+99455 643-45-41

Bərdə bölgə bölməsi:

N.Nərimanov küçəsi 2

02020 5-02-90

+99451 362-36-36

Daha çox xəbərlər