Hadisə 

“Mercedes” motosikletlə toqquşdu – Sürücü öldü

Yevlaxda bir nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.

ARANTV.AZ bildirir ki, hadisə rayonun Qarxun kəndində qeydə alınıb. Belə ki, Ağdaş rayon sakini 1997-ci il təvəllüdlü Əlizadə Çingiz Nadir oğlu motosiklet ilə hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Motosikletin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər