Dünya 

Ukrayna əhalisinin yarıdan çoxu ölkənin NATO-ya qoşulmasına tərəfdardır

Ukrayna əhalisinin yarıdan çoxu avroatlantik inteqrasiya tərəfdarıdır.

“Reytinq” sosialoji qrupu tərəfindən keçirilmiş sorğunun nəticələri belə deməyə əsas verir.

Rəyi soruşulanların 64%-i ölkənin Avropa İttifaqı, 54%-i isə NATO-ya üzv olmasını dəstəkləyir. Müvafiq olaraq, respondentlərin 27 və 35%-i isə bu ideyanın əleyhinədir.

Sorğunun 20 iyul – 9 avqust aralığında 16 yaşdan yuxarı 20 min nəfərin iştirakı ilə keçirildiyi bildirilib.

Daha çox xəbərlər