İSLAM 

Başqasını yolundan azdıran, sanki bütün dünyanı öldürmüşdür

(Ayətullah Məzahirinin əxlaq dərsindən)

Deyerler.org: Üç elm vardır ki, müsəlman gərək ona əhəmiyyət versin: biri etiqada aid olan elmdir, biri əhkama və dini məsələlərə aid olan elmdir, biri isə əxlaq və nəfsi islah etməyə aid olan elmdir. Bu, vaciblərin vacibidir. Əgər siz sual versəniz ki, Məkkəyə getmək, təvaf etmək yaxşıdır, yoxsa elm öyrənmək? Gərək deyək ki, Peyğəmbərn (s) və Əhli-beytin (ə) nəzərinə görə elm öyrənmək daha yaxşıdır. Kərbəla bu qədər müqəddəs və əziz olmasına baxmayaraq, elm öyrənmək ziyarətdən daha önəmlidir və daha faydalıdır.

Bir müsəlman gərək etiqadına aid məsələləri öyrənsin və əməli risaləyə qarşı alim olsun. Gərək hamımız əxlaq rəzilliklərini tanıyıb, onların kökünü kəsməyə çalışaq. Bilməliyik, əgər bilməsək vacibi tərk etmiş olarıq. Biz gərək bunları yüngül hesab etməyək. Çünki buna görə həm dünyada və həm də axirətdə ziyan görərik.

Gecə və gündüz ərzində iki saat dinə görə iş gör. Bir müddətdən sonra İslam əhkamı və əməli risalə ilə tanış olacaqsan. Bir müddətdən sonra İlahi əxlaqa yiyələnəcəksən. Allah kömək edər ki, işin nəticə versin. Əlhəmdulillah, Əhli-beyt (ə) davamçısı təyyibə şəcərəsi kimi çox möhkəmdir.

Hədisdə oxuyuruq ki, Qiyamət günü üç nəfər şikayət edər: Quran, alim, məscid.

Quran deyər: “Allahım, mən elm və səadət kitabı idim və hamı məndən istifadə edə bilərdi, ancaq mən köhnəldim”. Alim deyər: “Allahım, mən necə il zəhmət çəkmişəm və insanlara əhkam və əxlaq demişəm. Ancaq onlar mənim sözümə qulaq asmadılar. Kitablarımı mütaliə etmədilər. Minbərimin aşağısında əyləşdilər, ancaq sözlərimə qulaq asmadılar”.

Həzrət Peyğəmbər (s) həmişə istəyərdi ki, məscidlər insanla dolu olsun. Peyğəmbərin (s) ürəyi sızıldayırdı və ağlayırdı ki, axəril-zamanda məscidlər boş olacaqdır. Həzrət (s) məscidə gedib-gəlməyi çox tövsiyə edirdi. Belə ki, Həzrət (s) buyururdu: “Yəhudilərə və xristianlara salam verin. Mənim ümmətimin yəhudilərinə salam verməyin”. Soruşurlar ki, onlar kimlərdir? Həzrət (s) buyurur: “O kəslər ki, məscidi xəlvət edər və o zaman ki, camaat namazı olar, namaza getməz”.

Quranda bir ayə vardır ki, İmam Baqir (ə) onu təfsir etmişdir. “Qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hidayət etmiş)dir”. (“Maidə” 32).

İslam dini və Quran insan şəxsiyyətinə hörmət edir və dəyər verir. Bir insan bir dünya kimidir. İmam Baqir (ə) buyurur: “Əgər kimsə başqasını yolundan azdırar, sanki bütün dünyanı öldürmüşdür. Əgər kimsə başqa birini düz yola gətirməyi bacarırsa, ona bənzəyir ki, bütün dünyanı diriltmişdir”.

Ona görə də bir mövzu haqqında bilmədən nəzər vermək çox böyük günahdır. İmam (ə) buyurur ki, əgər kimisə yolundan azdırsan, sanki bütün dünyanı öldürmüsən. Lakin bəziləri əməldə bu həqiqəti qəbul etmirlər.

Daha çox xəbərlər