Hadisə 

Bir yaşlı körpə yanıq xəsarətləri alıb

Daşkəsən rayonunda bir yaşlı körpə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Əmirvar kəndində qeydə alınıb. Gəncədən Daşkəsənə qonaq gələn ailənin 2020-ci il təvəllüdlü övladının (oğlan) üzərinə qaynar su tökülüb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə yaxınları tərəfindən Gəncə şəhərində yerləşən xəstəxanaların birinə çatdırılıb.

Faktla bağlı araşdırmalar başladılıb.

Daha çox xəbərlər